İrandan Rusiya vətəndaşlarının təxliyəsi Azərbaycan vasitəsilə həyata keçirilir.
Leqal.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Moskva əlverişli şərait yaratdığına görə Bakıya minnətdardır.
"Tehrandakı səfirliyimiz çox böyük kordinasiya işi aparır. Onlar bütün fəaliyyəti kordinasiya edirlər, Tehranda olan vətəndaşlarımızın təxliyyə imkanı təmin olunur. Təxliyyə Azərbaycanla sərhəd nəzarət buraxılış məntəqəsindən həyata keçirilir. Azərbaycanlı dostlarımız maksimal dərəcədə əlverişli şərait yaradır. Buna görə biz onlara çox minnətdarıq. Bu iş 24 saat davam edir", - Kreml sözçüsü vurğulayıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta