Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3706,1 milyon manat təşkil edib ki, onun da 2838,9 milyon manatı heyvandarlıq, 867,2 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artıb.