İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025- ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7.3 faiz artaraq 1416.9 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Onun da 74,3 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 34,6 faizi və ya 490,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.