AZ

İran nüvə silahı əldə edə bilməz -SƏRT ETİRAZ

İtaliya xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani bildirib ki, rəsmi Roma İranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşı çıxır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tayani Yaxın Şərqdə gərginliyin artması fonunda parlamentdə çıxışı zamanı bəyan edib.

"Biz nüvə təhdidi qarşısında qeyri-müəyyənliyə yol verə bilmərik: İran atom bombasına sahib ola bilməz", - deyə İtaliya diplomatiyasının rəhbəri qeyd edib.

Nazirin sözlərinə görə, bu fikri o, İsrail prezidenti İsxak Hersoqa da çatdırıb və əlavə edib ki, İsrailin özünü mümkün nüvə hücumundan müdafiə edərək sağ qalmaq hüququ var.

Tayani qeyd edib ki, İranın nüvə proqramı üzrə öhdəliklərini pozduğunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatları da təsdiqləyir.

"İtaliya hökuməti - artıq qeyd etdiyim kimi - tərəfdaşları və müttəfiqləri ilə birlikdə İranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşıdır", - deyə İtaliyanın baş diplomatı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr