ain.az, Modern.az portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.
Modern.az-ın məlumatına görə, müvafiq əmr fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polkovnik Rövşən Nəbiyev gətirilib.
Qeyd edək ki, bundan əvvəl Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan polkovnik Elnur Məhərrəmov ötən ay həmin vəzifədən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.
Elnur Əmirov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.