UEFA-nın Nyondakı mənzil-qərargahında 2025/26-cı illər mövsümündə UEFA Çempionlar Liqasının ilk püşkü atılıb.
Sfera.az xəbər verir ki, mərasimdə I təsnifat mərhələsində qarşılaşacaq cütlüklər bəlli olub.
Azərbaycan çempionu "Qarabağ" yarışa II təsnifat mərhələsindən qoşulacaq.
Çempionlar Liqası, I təsnifat mərhələsi
"Jalgiris" (Litva) - "Hamrun Spartans" (Malta)
KuPS (Finlandiya) - "Milsami" (Moldova)
TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya)
"İberiya 1999" (Gürcüstan) - "Malmö" (İsveç)
"Levadiya" (Estoniya) - RFŞ (Latviya)
"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)
"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq)
"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya)
"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya)
FCSB (Rumıniya) - "İnter" (Andorra)
"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)
"Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan)
"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro)
"Ludoqorets" (Bolqarıstan) - "Dinamo Minsk" (Belarus)
Qeyd edək ki, ilk oyunlar iyulun 8-9-da və 15-16-da keçiriləcək. II təsnifat mərhələsinin püşkü isə iyunun 18-də atılacaq.