Bəzi dünyaca məşhur aktyorlar var ki, onlar çəkiliş meydanında yaşanan bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər. Onlar daha çox gənc yaşda dünyasını dəyişən aktyorlardır.
Far.Az çəkiliş zamanı həyatını faciəvi şəkildə itirən aktyorların bəzilərinin adlarını təqdim edir:
Aktyor Brendon Li
O 1993-cü ildə "The Crow" filminin çəkilişləri zamanı səhvən silahından atəş açılaraq həyatını itirib. Bu hadisədən sonra film sənayesində təhlükəsizlik tədbirləri xeyli gücləndirildi.
Aktyor Con Erik Heksem Aktyor 1984-cü ildə "Cover Up" serialının çəkilişləri zamanı yanlışlıqla özünə atəş açaraq başından aldığı zərbə nəticəsində ölüb.
Aktyor Vik Morrou 1982-ci ildə "The Twilight Zone: The Movie" filminin çəkilişləri zamanı helikopterin qəzası nəticəsində həyatını və iki uşağını itirib.
Rejissor Halyna Hatçins Dünyaşöhrətli amerikalı aktyor Alek Bolduin illər əvvəl "Rust" filminin çəkilişlərində istifadə etdiyi silahın işə düşməsi nəticəsində təsadüfən rejissor Halyna Hatçins ölüb. Hadisə 2021-ci ildə baş verib.
Bu faciəvi hadisələr, film istehsalında təhlükəsizlik tədbirlərinin vacibliyini bir daha göstərir. Təhlükəsizlik standartlarının ciddi şəkildə yenidən nəzərdən keçirilməsinin zərurliyini ifadə edir.