AZ

Azərbaycanın 3x3 basketbol üzrə yığması beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 “unified” (inklüziv birləşmiş idman) basketbol komandası İsveçrənin Mies şəhərində keçirilən “FIBA Open” beynəlxalq turnirində uğurla çıxış edib.

Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub. Yarışların ilk günündə yoxlama oyunları keçirilib və bu matçların nəticələrinə əsasən, Azərbaycan yığması A qrupunda yer alıb.

Fransaya 8:2, Niderlanda 5:3, Finlandiyaya 5:4 hesabı ilə qalib gələn Azərbaycan komandası qrupun qalibi olub.

Seçilən
2
1
90deqiqe.az

2Mənbələr