AZ

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 10 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 680,2 milyon manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 4 milyard 298,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7 %-ni təşkil edib.

5 ayda hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və yaxud ötən ilin yanvar-may aylarına nisbətən nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Seçilən
0
5
report.az

6Mənbələr