AZ

Natiq Cəfərli: "İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”

Natiq

"Birjalarda inanılmaz sakitlik var, normal satış-alış əməliyyatları gedir, neft “dəlilik” etmir, neftin və qızılın qiymətləri kəskin qalxmır, rutin bir birja günüdür. Halbuki Yaxın Şərqdəki alov, İsrail-İran müharibəsi birjaları alt-üst etməli, ilk növbədə nefti, sonra da “güvənli liman” olan qızılı (qızıl hətta 0,5% ucuzlaşır bu dəqiqələrdə) kəskin bahalaşdırmalı idi".

Reyting.az
xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli sosial media hesabında yazıb.

O bildirib ki, ümumiyyətlə, bazar, birja ən dəqiq indikatordur, investorların davranışı analiz üçün ən sağlam istinad nöqtəsidir: “Birjalardakı vəziyyət onu deməyə imkan verir ki, İsrail-İran qarşıdurması yaxın saatlarda bitəcək (1-2 gün çəkə bilər), anlaşma olacaq, bundan sonra İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”.
Seçilən
1
9
reyting.az

10Mənbələr