AZ

Təlimlərə cəlb olunan taksi sürücülərinin SAYI

Bu günədək 46 656 taksi sürücüsü nəzəri və praktiki təlimlərə cəlb olunub.


Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, proqramın yekununda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil edilir. İndiyədək 35 929 sürücü imtahandan keçib.

Qeyd edək ki, təlim zamanı iştirakçılara taksi ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.

Taksi minik avtomobilində sürmə təlimi zamanı hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv olduğu yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə edilməsi aşılanır.

Seçilən
1
10
manset.az

10Mənbələr