AZ

Avropa İttifaqı Rusiya qazından imtina etmək planını təqdim edib — Reuters

Təklif olunan sənədə əsasən, 2026-cı il yanvarın 1-dən yeni müqavilələrin bağlanması qadağan ediləcək. Mövcud qısamüddətli müqavilələrə 2026-cı il iyunun 17-dək, uzunmüddətli müqavilələrə isə 2027-ci ilin sonuna kimi xitam verilməlidir.

Qadağanın həyata keçirilməsi üçün Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməkdənsə, ticarət qanunvericiliyindən istifadə etməyi planlaşdırır. Bu, Macarıstan və ya Slovakiyanın əleyhinə olsa belə, Rusiya qazının tədarükünü qadağan etməyə imkan verəcək.

Rusiyaya qarşı sanksiyaların qəbul edilməsi üçün bütün Aİ ölkələri təklifi dəstəkləməlidir, lakin ticarət qanunvericiliyindən istifadə edərkən üzv dövlətlərin əksəriyyətinin təsdiqi tələb olunur.

Daha əvvəl “Financial Times” yazmışdı ki, Aİ sanksiyalar əvəzinə ticarət qanunvericiliyinə müraciət edə bilər. Təklif Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə olunacaq, bundan sonra o, Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Avropa İttifaqının (Aİ) 2027-ci ilin sonuna qədər Rusiya qazından tamamilə imtina etmək niyyəti enerji təhlükəsizliyi və geosiyasi müstəqillik istiqamətində ciddi strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

S.ELAY

XQ

Seçilən
11
7
xalqqazeti.az

10Mənbələr