AZ

Zehni yorğunluğu azaldır - Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizm üçün müxtəlif faydalar təqdim edir. Bəzi hallarda isə müəyyən sağlamlıq riskləri ilə də müşahidə oluna bilər.

Qarğıdalı əsasən B qrupu vitaminləri, maqnezium, dəmir, lif və antioksidantlarla zəngindir. Bu bitki bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik problemini azaldır və uzun müddət toxluq hissi verir. Qarğıdalı eyni zamanda qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edir. Bu xüsusiyyəti onu şəkər xəstələri üçün nisbətən uyğun qida edir.

Onun unikal faydalarından biri isə beyinin enerji ehtiyacını sürətli şəkildə ödəməsidir. Tərkibindəki "tiamin" vitamini sinir sistemi və zehni fəaliyyət üçün olduqca əhəmiyyətlidir. Mütəxəssislər bu səbəbdən qarğıdalının zehni yorğunluğu azalda biləcəyini bildirirlər.

Lakin qarğıdalının zərərləri də istisna deyil. Həddindən artıq istehlak edildikdə qaz, şişkinlik və bağırsaqlarda narahatlıq yarada bilər. Bundan başqa, bəzi qarğıdalı növləri GMO (genetik modifikasiya olunmuş orqanizm) ola bildiyindən istehlakçıların keyfiyyətli və etibarlı mənbədən almağa diqqət etməsi tövsiyə olunur.

Qidalanma mütəxəssisləri bildirirlər ki, sağlam insanlar üçün orta miqdarda qarğıdalı istehlakı təhlükə yaratmır. Amma mədə-bağırsaq xəstəlikləri və şəkər problemi olan şəxslər həkimlə məsləhətləşərək istifadə etməlidirlər.

Milli.Az

Seçilən
15
3
milli.az

10Mənbələr