ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iyunun 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Şəxsi heyət qarşısında çıxış edən AMEA prezidenti Milli Qurtuluş Günü münasibətilə əsgər və zabitləri təbrik edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və mübarizəsi ilə bağlı olan bu əlamətdar tarixi günün siyasi-tarixi mahiyyəti və əhəmiyyətindən söz açıb.
Görüşdə ölkəmizdə milli qurtuluşdan ərazi bütövlüyünə və dövlət suverenliyinə qədər keçilən məsuliyyətli yolun şərəfli salnaməsinin əlamətdar hadisələri barədə əsgərlərə məlumat verilib.
Akademik İsa Həbibbəyli əsgərlərə Aşıq Ələsgərin, Cəlil Məmmədquluzadənin və Qurban Səidin kitablarını hədiyyə edib, ərzaq yardımı kimi əsgər sovqatı verib.
AMEA prezidenti əsgərlərin yaşayışı ilə tanış olub və onlarla birlikdə nahar edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.