AZ

Qazaxda evə oğurluğa gələn şəxs ər-arvada xəsarət yetirib - Yenilənib

İyunun 16-da saat 01:30 radələrində xəsarət alan 2 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub...

Bu barədə Poliqon-a TƏBİB-dən bildirilib.

"Onlardan 1979-cu il təvəllüdlü şəxsə (kişi cinsli) qarının ön divarının kəsilmiş-deşilmiş yarası və başın saçlı dəri nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin olunub və əməliyyat edilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 1985-ci il təvəllüdlü şəxs isə (qadın cinsli) başın tüklü hissəsinin açıq yarası diaqnozu ilə hospitalizasiya edilib və zəruri tibbi xidmət göatərildikdən sonra ambulator müalicəyə buraxılıb", məlumatda deyilir.

***

Qazaxda baş verən quldurluq hadisəsinin təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qazaxbəyli kənd sakini 1979-cu il təvəllüdlü Emin Allahverdiyevin evinə gələn oğru onun övladının kiçik toy məclisindən yığılan pulu oğurlamaq istəyib. Bu məqsədlə ev sahibini bıçaqlayıb, həyat yoldaşı Kəmalə Allahverdiyevaya xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Quldurluq edən şəxsin zərərçəkən ailənin tanıdığı şəxs olduğu bildirilir. Həmin şəxs zərərçəkən Emin Allahverdiyevin atası ilə 10 il birlikdə işləyib. Quldurluğa gələn şəxs evə daxil olan zaman zərərçəkmişin həyat yoldaşı onu görüb. Bu zaman masqalı şəxs qadının başına küt ailətlə vurub, o, huşunu itirərək yıxılıb. Səsə gələn Emin Allahverdiyevə də kəsici ailətlə xəsarət yetirib. Qonşular səsi eşidərək gəlib, quldurluğa gələn şəxsi tutub polisə təhvil veriblər.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

7Mənbələr