İran İsrailə doğru daha bir neçə raket atıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu raletlərin əksəriyyəti zərərsizləşdirilib.
İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, bu dəfə İran tərəfdən ümumilikdə 8 raket atılıb.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl ordu İrandan yeni raket hücumu aşkar etdiyi barədə əhaliyə xəbərdarlıq edib və sakinlərə təhlükəsiz binalara sığınmağı tapşırıb.