15 iyun 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, “Dreamland Golf” meydançasında keçirilmiş yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışlarda dövlət qurumlarından 23 əməkdaş mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Yarışlarda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı Aysel Kazımova qadınlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qalibə Gənclər və İdman Nazirliyinin diplomu və qızıl medal təqdim edilib.
Qeyd edək ki, Aysel Kazımova ötən il də dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında birinci yerə layiq görülüb.