ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin "Çelsi” klubu "Lion”un (Fransa) gənc futbolçusu Malik Fofananı transfer etmək istəyir.
London təmsilçisi 20 yaşlı cinah oyunçusu ilə maraqlanır.
2024-cü ildən Fransa təmsilçisinin formasını geyinən belçikalı futbolçu bu müddətdə bütün yarışlarda meydana çıxdığı 41 oyunda 11 qola və 6 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, belçikalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, 42 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.
///report
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.