AZ

Bakıda Federasiya Kuboku keçiriləcək

Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Federasiya Kuboku keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan və Özbəkistandan olan idmançıların qatıldığı yarışda gənclər (U-18 və U-21) və böyüklər qüvvələrini sınayacaqlar.

İyunun 17-dən 21-dək keçiriləcək turnirdə yaş kateqoriyaları üzrə 70-dən çox atıcı mübarizə aparacaq. İdmançılar stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə yalnız fərdi yarış formatında kubok uğrunda çıxış edəcəklər.

Seçilən
2
2
futbolpress.az

6Mənbələr