AZ

İran İsraili yenə ballistik raketlərlə vurur - Yenilənir-Video

İranın İsrailə yeni raket hücumu başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin “X”də bildirib.

Məlumata görə, hazırda bir çox ərazilərdə sirenalar eşidilir.

Bildirilib ki, İrandan İsrailə doğru 10-a yaxın raket atılıb.

Qeyd edək ki, bu barədə İran tərəfi hələlik rəsmi məlumat yaymayıb.

***

Ordu bildirir ki, İrandan İsrailə atılan ballistik raketlərin böyük qismi hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

***

İran İsrailə növbəti dəfə ballistik raketlərlə hücum etdiyini açıqlayıb. İsrailə göndərilən raketlərin görüntüləri də yayımlanıb.

Seçilən
8
2
qafqazinfo.az

10Mənbələr