İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələrinin guya Naxçıvan və Qarabağ ərazisindən İrana hücum etməsi barədə iddialara cavab verib.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Sübhani erməni jurnalistlərin bu yöndən sorğusunu cavablandırıb.
"Məndə belə bir məlumat yoxdur", - o bildirib.
Qeyd edək ki, iranlı politoloq, SEPAH-ın göstərişlərini icra edən Salar Seyfəddin guya Təbrizi vuran (həm də məhz Təbrizi - red.) PUA-ların Naxçıvan və Qarabağdan qalxdığı haqda cəfəngiyyat səsləndirib və təbii ki, erməni mediası da bunu həvəslə tirajlayıb.
Xatırladaq ki, İranı vuran İsrail PUA-larının İranda istehsal edildiyi, yığıldığı, daşındığını İran kəşfiyyatı təsdiqləyib və İsrail casuslarını 4 gündür həbs etməklə məşğuldur.
Milli.Az