AZ

Ümit Özdağ azadlığa buraxıldı


Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

2025-ci il yanvarın 19-da partiyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi sözlər səbəbindən Ü. Özdağ barəsində təhqiqat başlamışdı. Partiya sədri "ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək" maddəsi üzrə mühakimə olunurdu.

Məhkəmə Ü.Özdağın cinayətinin sübuta yetirildiyini və 2 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilməsi, lakin məhkəmə nəzarəti altında azadlığa buraxılması barədə qərar çıxarmışdı.

Seçilən
2
4
news24.az

5Mənbələr