İctimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işə töhfə vermək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində avtobus sürücüləri üçün təlimlər keçirilir. Mərkəzin mütəxəssisləri Gəncədə də bu təlimləri təşkil edirlər. AYNA-dan Avtosfer.az-a bildirilib ki, Gəncə şəhərində ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın şəxsdən artıq 478-nin sürücülük bacarıqları yoxlanılıb. İlkin qiymətləndirmə zamanı müvəffəqiyyət qazanan 343 nəfər növbəti mərhələyə keçib. Onlar tibbi yoxlanışdan sonra mərhələli qaydada təlim prosesinə cəlb edilirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta