AZ

Dəniz nəqliyyatı ilə yük daşımaları 12 faizdən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 milyon 745,6 min ton təşkil edib.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 407,7 min ton və yaxud 12,2 % çoxdur.

Yüklərin 47 %-i neft yükləri olub. Dəniz limanları vasitəsilə 5 milyon 704,4 min ton həcmində (+2,3) yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 milyon 663,5 min tonunu (+ 10,4 %) və yaxud 81,8 %-ni tranzit yüklər təşkil edib.

İyunun 1-nə limanlarda qalan yüklərin həcmi 220,1 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 ton və yaxud 21,4 % azdır.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 96,8 milyon ton yük daşıyıb. Bunun 3,9 %-i dəniz yolu ilə danışıb.

Hesabat dövrübdə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 500 nəfər və yaxud 4,6 % azalaraq 10,4 min nəfər olub.

Seçilən
0
3
avtosfer.az

4Mənbələr