AZ

Depozit faizləri daha da arta bilərmi? – VİDEO

Son iki ildə bankların təklif etdikləri depozit faizləri ciddi şəkildə artıb. Depozit müddətindən asılı olaraq əmanət edilən vəsaitdən illik 12%-ə qədər gəlir əldə etmək olar

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov qeyd edir ki, bu gün bankların təklif etdiyi yerli valyutada depozit faizlərinin artması ilə yanaşı xarici valyuta ilə olan əmanət faizlərində də artım var.

Requlyator qurum tərəfindən ehtiyat normaların artırılması ilə bağlı qərarların qəbul edilməsi də yeni depozitlərin cəlb edilməsinə zərurət yaratdı. Rəşad Həsənovun sözlərinə görə, depozit faizlərinin artmasına paralel olaraq kredit faizlərində də artımlar müşahidə edildi və bu bazar böyüdü.

Rəşad Həsənov bildirir ki, ehtimallar ondan ibarətdir ki, depozitlər və kreditlərin faiz dərəcələrində müşahidə edilməkdə olan artım tendensiyası nisbətən sabitləşəcək. Orta-uzun müddətli dövrdə faizlər yenidən aşağı düşə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
1
2
nocomment.az

3Mənbələr