AZ

"ALFA LTD" rəhbəri İxtiyar Həsənovun 3,7 milyon manat vergi borcu var

"ALFA LTD" rəhbəri İxtiyar Həsənovun 3,7 milyon manat vergi borcu var

Qalmaqallı tikinti şirkəti olan "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənovun dövlətə milyonlarla vergi borcu yaranıb.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 3.784.124,21 AZN vergi borcu var.

40 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi İxtiyar Həsənov Zakir oğludur.

Qeyd edək ki, "ALFA LTD" rəhbərinin adı daha əvvəl də qalmaqallarda hallanıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan bir işdə onun adı Əziz Əbdüləzizlə birgə çəkilib. Həmin cinayət işində 2022-ci ildə vəfat edən televiziya rejissoru və ssenari müəllifi Arif Qazıyev də şahid kimi iştirak edib. A.Qazıyev iş adamı ilə Əziz Əbdüləzizi tanış edib.

Təqsirləndirilən şəxs tender udmaq, xaricdən plastik borular gətirmək adı ilə İxtiyar Həsənovdan 300 min manat alaraq mənimsəmişdi.

Seçilən
0
2
afn.az

4Mənbələr