Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

Offsideplus.az xəbər verir ki, bu gün baş tutan görüşdə nazir idmançılarımıza uğurlar arzulayıb. İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.