AZ

Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib

Bakı. Trend:

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiəsisteminin gücləndirilməsi sahəsində növbəti mühüm addım olmaqla,vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il dəuğurla davam etdirildiyini təsdiqləyir.

Trend xəbər verir ki, bubarədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilənnövbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosialmüdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident İlhamƏliyevin Fərman və Sərəncamları ilə 2018-ci ildən ardıcıl olaraqicra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahatpaketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinətvə təqaüd artımları da həyata keçirilib.

Artımların əsasən şamil olunduğu kateqoriyalar da şəhidailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədənmüharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olanqadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır.Həmin kateqoriyalardan olanlara yönələn sosial ödənişlərdə hər birsosial islahat paketi üzrə artımların edilməsi, son illər həminödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olanxüsusi qayğısının əməli təzahürüdür.

Qeyd edilib ki, müavinət və təqaüdlərində yeni artımlar edilmişvətəndaşlar artıq gələn aydan bu ödənişləri artımla alacaqlar.Ümumilikdə 2018-2025-ci illərdə müavinət və təqaüd ödənişləri üçünayrılan illik vəsait 5 dəfə artıb. Həmin dövrdə minimum pensiyadada 3 dəfəyədək, orta aylıq pensiyada 2,6 dəfə artım baş verib.Pensiya ödənişlərinə hər il ayrılan vəsait 2025-ci il üçün 7,2milyard manatı ötüb ki, bu da 2018-ci ilə nisbətən iki dəfəçoxdur.

İclasda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyaimkanlarının daha da artırılması sahəsində görülən işlərdən bəhsolunub. Bu il “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundaedilmiş dəyişikliklərlə ona Azərbaycan işarət dili və əlilliyi olanşəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yenimaddələr əlavə edildiyi qeyd edilib. Ölkəmizdə dövlət dilininşifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olanşəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmitanındığı vurğulanıb.

Övladlığagötürmə və himayədar ailə institutunun tətbiqi işləridiqqətə çatdırılıb. Bu ilin 5 ayında 62 uşağın övladlığa, 14 uşağınhimayədar ailələrə verildiyi qeyd edilib. Əmək qanunvericiliyinintəkmilləşdirilməsi sahəsində atılan addımlardan bəhs olunub. DünyaBankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yazİclasında Azərbaycanın qadın əməyi ilə bağlı uğurlu islahattəcrübəsi olan üç ölkədən biri kimi təqdim edildiyi, bu sahədəölkəmizdə son illər aparılan islahatların nümunə kimi göstərildiyidiqqətə çatdırılıb. Əmək və sosial müdafiə sahəsində beynəlxalqəlaqələrin genişləndirilməsi işlərinin davam etdirildiyi, daha birsıra ölkələrlə sosial sahə üzrə əməkdaşlıq sənədlərininlayihələrinin hazırlandığı qeyd edilib.

İclasda məşğulluq siyasəti, sosial təminat, sosial sığorta vəpensiya təminatı, övladlığagötürmə, əlilliyi olan şəxslərintibbi-sosial ekspertizası və onlarla bağlı, habelə əməkmünasibətləri üzrə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlətqulluğu və kadr məsələləri, hüquqi aktların layihələrininhazırlanması, strateji planlaşdırma və innovasiyalar, beynəlxalqəlaqələr, ictimaiyyətlə əlaqələr sahələrində görülən işlər vəqarşıda duran vəzifələr müzakirə edilib, daha 24 peşə vəkvalifikasiya standartı təsdiq edilib.

Seçilən
13
4
az.trend.az

4Mənbələr