AZ

Aysel Manaflı: Vəfa Şərifova və sevgilisi Famil məni təhdid edir VİDEO

ain.az, Lent az portalına istinadən məlumat verir.

Müğənni Aysel Manaflı həmkarı Vəfa Şərifovanı polisə şikayət edib. 

Lent.az xəbər verir ki, Aysel Manaflı bu barədə video paylaşıb. 

Videoda o Vəfa Şərifova tərəfindən şantaj edildiyini deyir: "Vəfa Şərifova məni təhdid edərək iddia edir ki, guya əlində mənim hoteldə çəkilmiş əxlaqsız görüntülərim var. Mənə böhtan atır, təhdid edir, şərəf və ləyaqətimi alçaldır".

A.Manafova eyni zamanda V.Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilovun da ona hədə-qorxu gəldiyini bildirib:

"Hətta bu azmış kimi Vəfa Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilov mənə şər ataraq yalan danışmaqda ittiham edir. Xahiş edirəm, haqq- ədalət bərqərar olunsun, hər iki şəxs cəzalandırılsın. Mənə etdikləri ilə bağlı əlimdə tutarlı sübutlarım da var".

Müğənni Vəfa ilə telefon danışığını da yayıb.

https://www.tiktok.com/@ayselmanafli_official/video/7515822646261550344

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
lent.az

1Mənbələr