AZ

İran hökumətindən xəbərdarlıq: Yer müəyyən edən tətbiqlərdən istifadə etməyin

İran hökuməti İsrailin hücumlarında mobil telefon izləməsindən istifadə etdiyini bildirərək, vətəndaşlara WhatsApp, Telegram kimi yer müəyyən edən proqramlardan uzaq durmağı tövsiyə edib.

Sherg.az xəbər verir ki, hökumət rəsmiləri bu tətbiqlərin müharibə şəraitində təhlükəli olduğunu vurğulayıb və insanların hərəkət etməzdən əvvəl telefonlarını söndürmələrini istəyib. Xüsusilə strateji qurumlarda çalışanların etibarsız proqramlardan çəkinmələri və təhlükəsiz rabitə kanallarından istifadə etmələri tövsiyə olunub.

İranın Kibertəhlükəsizlik Komandanlığı isə İsrailin ölkənin rəqəmsal infrastrukturuna qarşı genişmiqyaslı kiberhücumlara başladığını, lakin əksər hücumların dəf edildiyini açıqlayıb. Hücumların məqsədinin İran vətəndaşlarına göstərilən onlayn xidmətləri pozmaq olduğu bildirilib.

Bundan əlavə, İranın ən böyük banklarından biri olan "Bank Sepah" bu hücumların hədəfi olub. Hücumun məsuliyyətini İsraillə əlaqəli haker qrupu üzərinə götürərək bankın bütün məlumatlarını silmək iddiasında olub.
Seçilən
31
1
sherg.az

2Mənbələr