AZ

İsrail qırıcısı vuruldu

İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənub-qərbində İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarəni vurub.

Publika.az xəbər verir ki, bu barədə İranın "MehrNews" agentliyi məlumat yayıb.

İran tərəfinin məlumatına görə, təyyarə Çaharmahal və Bəxtiyari əyaləti üzərində vurulub. Təyyarənin pilotu katapult etməyi bacarıb. İndi onu əsir götürmək üçün axtarırlar.

Tehranın məlumatına görə, bu, iyunun 13-dən bəri vurulan ikinci İsrail qırıcısıdır. Lakin Qərbi Qüdsdə məhv edilmiş "F-35" və əsir götürülən İsrail pilotu ilə bağlı əvvəlki xəbərlər təkzib edilib. Ümumilikdə İran hava hücumundan müdafiə qüvvələrinin beş il ərzində beş İsrail hərbi təyyarəsini vurduğunu iddia edir.

Seçilən
1
1
publika.az

10Mənbələr