AZ

Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir – 1921-ci il müqaviləsinə əsaslanaraq - Sabiq Baş nazirin təklifi

Musavat.com xəbər verir ki, bölgədə təhlükəli gərginlik yaranıb. İsrailin İran ərazisinə endirdiyi intensiv hava və raket zərbələri nəticəsində yalnız regionun deyil, Azərbaycanın milli təhlükəsizliyinin də təhdid altında olduğu bildirilir.

Ən çox risk altına düşənlər isə İran ərazisində yaşayan milyonlarla azərbaycanlı soydaşlarımızdır.

Bu mövzu ilə bağlı Azərbaycanın sabiq Baş naziri, tanınmış ictimai-siyasi xadim Pənah Hüseyn özünün sosial media hesabında tarixi və hüquqi əhəmiyyətə malik mühüm bir çağırışla çıxış edib. O, 1921-ci il fevralın 26-da RSFSR ilə Persiya (indiki İran) arasında bağlanmış müqavilənin 6-cı maddəsinə istinad edir.

6-cı maddənin məğzi:

Əgər üçüncü bir dövlət (bu halda İsrail) Persiya ərazisindən Sovet İttifaqına (bu gün Azərbaycan onun hüquqi varislərindən biridir) qarşı hərbi baza qurarsa və İran bu təhdidi aradan qaldıra bilməzsə, Rusiya və ya onun varisi olan dövlətlər həmin təhlükəni zərərsizləşdirmək üçün İran ərazisinə qoşun yeritmək hüququna malik olur.

Pənah Hüseyn bu sənədə əsaslanaraq bildirir ki, Azərbaycan Respublikasının belə bir hüququ var və bu hüquqa istinad etməyə hazır olmaq beynəlxalq hüquqa uyğun müdafiə addımı hesab edilə bilər.

Hazırkı şəraitdə İran hökuməti nə öz səmasına nəzarət edə bilir, nə də ölkənin daxili təhlükəsizliyini təmin edə bilir. Bu fonda Azərbaycan dövlətinin həm sərhədlərinin, həm də İran ərazisindəki soydaşlarının təhlükəsizliyini təmin etmək üçün hüquqi əsaslara malik olduğu bir daha gündəmə gəlir.

Pənah Hüseynin paylaşımı onu göstərir ki, Azərbaycan dövlətinin qarşısında yalnız geosiyasi deyil, həm də tarixi və hüquqi məsuliyyət dayanır.

Qeyd: SSRİ-nin hüquqi varisi kimi Azərbaycan bu müqaviləyə əsaslanaraq müvafiq diplomatik və hərbi addımlar atmaq səlahiyyətinə malikdir.

 

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr