AZ

Turistlər üçün dünyanın ən təhlükəli 3 ölkəsi

Kanadanın “HelloSafe” analitik və maliyyə platformasına görə, 2025-ci ildə beynəlxalq səyahətlər üçün ən təhlükəli ölkələr Sudan, Cənubi Sudan və Əfqanıstan seçilib.

“Qafqazinfo” xəbər verir ki, statistikaya görə, Sudan turistlər üçün ən təhlükəli ölkələr arasında lider yeri tutub - onun təhlükəsizlik indeksi 100 baldan 82,32 bal təşkil edib.

Cənubi Sudan ikinci yerdə 79,21, Əfqanıstan isə 78,42 balla üçüncü olub. Mütəxəssislərin fikrincə, bu ölkələr zorakılıq aktlarının ən çox baş verdiyi və həm də daxili münaqişələrə daha çox meylli olan ölkələrdir.

Qeyd edək ki, “HelloSafe” dünya üzrə səyahətlərin təhlükəsizliyini qiymətləndirmək üçün beş kateqoriyaya bölünən 35 meyardan istifadə edir: təbii fəlakətlər, cəmiyyətdə zorakılıq, daxili və ya xarici silahlı münaqişələrdə iştirak, səhiyyə infrastrukturu və ölkənin hərbiləşdirilməsi.

Beləliklə, 0-dan 100-ə qədər ən aşağı bal toplayan ölkələr səyahətçilər üçün ən etibarlı hesab olunur.

Seçilən
19
2
qafqazinfo.az

3Mənbələr