AZ

Neymar: "Klublararası Dünya Çempionatı üçün "Fluminense"yə keçməyə yaxın idim"

"Santos"un hücumçusu Neymar 2025-ci ildə Klublararası Dünya Çempionatında oynamaq üçün "Fluminense"yə keçə biləcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində Neymardan sitat gətirib:

"Klublararası Dünya Çempionatı üçün "Fluminense"yə qoşulmağa yaxın idim, bu, ciddi şans idi. Amma davam etməməyə və sağalmaq üçün "Santos"da qalmağa qərar verdim, çünki hələ 100 faiz hazır deyiləm və ən qısa zamanda ən yaxşı formama qayıtmaq istəyirəm".

İyunun 15-dən iyulun 13-dək ABŞ-də FIFA Klublararası Dünya Çempionatı keçirilir. “Fluminense” F qrupunda Dortmund “Borussiya”sı ilə 0:0 hesablı heç-heçə edib. Komandanın hələ qarşıda “Mamelodi Sandaunz” (Cənubi Afrika) və “Ulsan” (Koreya) ilə görüşləri var.

Seçilən
17
operativmedia.az

1Mənbələr