AZ

Avstraliya və Aİ müdafiə və təhlükəsizlik sahəsində razılaşma imzalayacaq

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avstraliya Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində tərəfdaşlıqla bağlı razılığa gəlib.

Bu barədə Avstraliya hökumətinin başçısı Entoni Albanese Kanadada keçirilən G7 sammiti çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antoniu Koşta ilə görüşündən sonra yaydığı bəyanatda bildirib.

“Sabit və güclü təhlükəsizlik tərəfdaşlığı barədə razılığa gəldik. Bu, müdafiə sənayesi, kibertəhlükəsizlik və terrorizmlə mübarizə kimi sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi və inkişafı üçün əsas olacaq. Bundan əlavə, azad ticarət sazişi üzrə danışıqları da bərpa edirik”, - Albanese "X" hesabında yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
icma.az

3Mənbələr