BAKI, 18 iyun. TELEQRAF
Bu gün riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənlərindən sertifikasiya imtahanı keçiriləcək.
Teleqraf xəbər verir ki, hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az müddətdə işləyən qadınlar (uşağını təkbaşına böyüdənlər də daxildir), ilk dəfə işə qəbul olunan müəllimlər — 3 il müddətində sertifikasiyadan azaddırlar.
Sertifikasiya imtahanı məcburidir. 60 yaşdan yuxarı müəllimlər üçün isə imtahan könüllüdür. 51 baldan artıq nəticə göstərənlərin əməkhaqqına 35 faiz əlavə tətbiq olunacaq.
Qeyd edək ki, iyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.
Bu il ilk dəfə coğrafiya, biologiya, kimya, fizika və informatika fənlərindən sertifikasiya imtahanı keçiriləcək.