AZ

İnsan hüquqları təşkilatı: İsrailin hücumları nəticəsində İranda azı 585 nəfər ölüb

BAKI. 18 iyun. TELEQRAF

İsrailin zərbələri nəticəsində İran ərazisində azı 585 nəfər ölüb, 1326 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə insan hüquqları təşkilatının hesabatında deyilir.

Baş ofisi Vaşinqtonda yerləşən “Human Rights Activists” təşkilatı ölənlərin 239 nəfərinin mülki şəxs, 126 nəfərinin təhlükəsizlik əməkdaşı olduğunu açıqlayıb.

İran tərəfinin rəsmi açıqlamasına əsasən, bazar ertəsinə olan məlumata görə, müharibə zamanı ölənlərin sayı 224 nəfər, yaralıların sayı 1277 nəfər təşkil edir.

Seçilən
7
teleqraf.com

1Mənbələr