Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, festivalın açılışı “Bayatı” konsert-tamaşası ilə reallaşıb.
Festivalda 25-dən çox ölkəni təmsil edən 50-dən artıq ifaçı, muğam tədqiqatçısı və qonaq iştirak edir.
Qeyd edək ki, iyunun 22-dək keçiriləcək “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Ağdamda təşkil olunacaq.