AZ

“İranın hava məkanı tam nəzarətimizdədir, Xamneyinin harada olduğunu bilirik” - Tramp


ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında davam edən qarşıdurma ilə bağlı yeni açıqlama verib.Tramp sosial media hesabında İranın hava məkanına tam nəzarət etdiklərini bildirib.

“İranın yaxşı səma izləmə cihazları və digər müdafiə ləvazimatları, həm də çoxdur, lakin onlar ABŞ-da hazırlanan, dizayn edilən və istehsal olunan "əşyalarla" müqayisə edilə bilməz. Heç kim bu işi ABŞ-dan yaxşı görə bilməz" – deyə Tramp paylaşımında bildirib.

İranın ali dini lideri Əli Xamneyinin harada olduğunu bildiklərini ifadə edən Tramp, "Biz "Ali Lider"in harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizlikdədir. Onu ortadan götürməyəcəyik (öldürməyəcəyik), ən azından indilik. Bununla belə, mülki vətəndaşlara və ya ABŞ əsgərlərinə raket atılmasını istəmirik. Səbrimiz tükənir" deyə bildirib.

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr