AZ

Dünya reytinqində Azərbaycan universitetlərindən hansı öndədir?

“The Times Higher Education” (THE) təşkilatı ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə fəaliyyətlərini qiymətləndirən 2025-ci il üçün 2025-ci il üçün impact reytinqi açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" platforması paylaşım edib.

 

Reytinqdə Azərbaycan universitetləri müxtəlif pillələrdə qərarlaşaraq beynəlxalq səviyyədə təmsil olunublar.

 

Bu il Azərbaycan üzrə ən yüksək nəticə Bakı Dövlət Universitetinə (BDU) məxsusdur. Universitet 401–600-cü yerlər aralığında qərarlaşaraq ölkədə lider mövqedə olub.

 

401-600-cü yerlər

Bakı Dövlət Universiteti (BDU)

Xəzər Universiteti

 

801-1000-ci yerlər

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Bakı Ali Neft Məktəbi (BANM) - Qeyd edək ki, bu ali məktəb ilk dəfə bu reytinqə daxil olub.

 

1001-1500-cü yerlər

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)

Lənkəran Dövlət Universiteti (LDU)

Qərbi Kaspi Universiteti (QKU)

 

1501+ kateqoriyası üzrə sıralanan universitetlər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA)

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)

Azərbaycan Texniki Universiteti (AzTU)

Azərbaycan Texnologiya Universiteti (ATU)

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)

Azərbaycan Dillər Universiteti (ADU)

Bakı Mühəndislik Universiteti (BMU)

Bakı Avrasiya Universiteti (BAAU)

Bakı Slavyan Universiteti (BSU)

Gəncə Dövlət Universiteti (GDU)

Mingəçevir Dövlət Universiteti (MDU)

Naxçıvan Dövlət Universiteti (NDU)

Sumqayıt Dövlət Universiteti (SDU)

 

Seçilən
18
azedu.az

1Mənbələr