AZ

Çempion olan baş məşqçi Super Liqa klubuna gətirildi

"Qaziantep"in yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini İsmet Taşdemir çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

İsmet Taşdemirin son iş yeri "Kocaelispor" olub. O, komanda ilə 1-ci Liqada çempion olduqdan sonra postunu tərk edib.

Seçilən
10
38
sportinfo.az

10Mənbələr