AZ

Xamenei İsraili təhdid edib

Bakı. Trend:

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İsraili növbətidəfə təhdid edib.

Trend xəbər verirki, o, bu barədə müavafiq postu “X” sosial şəbəkə hesabındapaylaşıb.

Xamenei İsraillə yaşanan hərbi münaqişənin “ikinci fazasının”başlanıldığını elan edib. O, İsraili “terrorçu sionist rejim”adlandırıb və ona heç bir mərhəmətin göstərilməyəcəyini bəyanedib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr