AZ

Dünyada İslam və ateizm sürətlə artır

Yazını böyüt
Yazını kiçilt

Pew Araşdırma Mərkəzinin yeni araşdırması qlobal dinlərin paylanmasında təəccüblü dəyişiklikləri aşkar edib.

Hafta.az-ın yazdığına görə, 2010-2020-ci illəri əhatə edən məlumatlara görə, xristianlıq 2,3 milyard ardıcılı ilə ən böyük din olmağa davam edir, lakin onun bütün dinlər arasında payı 1,8 faiz azalaraq 28,8 faizə düşüb. Bunun əksinə, İslam 346,8 milyon artımla ən sürətlə böyüyən din olub.

Araşdırmanın ən təəccüblü nəticələrindən biri heç bir dinə inanmayanların sayının 0,9 faiz artaraq dünya əhalisinin 24,2 faizinə çatmasıdır. Bu qrupun 1,3 milyard nəfərlə Çində cəmləşdiyi, ikinci yerdə ABŞ (101 milyon) və Yaponiyanın (73 milyon) olduğu bildirilir.

Mütəxəssislər bu artımı xüsusilə xristianlar arasında doğum səviyyəsinin aşağı olmasına baxmayaraq, dindən uzaqlaşma meylinin geniş yayılması ilə əlaqələndirirlər.

Xristian əhalisinin sayına görə Saharaaltı Afrika Avropanı geridə qoysa da, ABŞ 217 milyon nəfərlə ən çox xristian olan ölkəyə çevrilib.

Rusiyada xristianların sayı 10 ildə 8,6 milyon azaldığı halda, dinsizlərin sayı 10,8 milyon artaraq 29,6 milyona çatıb.

Buddizm sayca və mütənasib olaraq azalan yeganə din kimi qeydə alınıb.

Pew analitikləri proqnozlaşdırırlar ki, mövcud demoqrafik tendensiyalar davam edərsə, İslam 2070-ci illərə qədər xristianlığı keçə bilər. Bununla belə, xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda dinsiz insanların nisbəti də bu bərabərliyə təsir edəcək.

Seçilən
14
hafta.az

1Mənbələr