AZ

İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…

İsrail və İran arasında artan gərginlik bir sıra istiqamətlərdə narahatlıq yaradıb. Bunlardan biri də turizm sektoru ilə bağlıdır. Bildirilir ki, hadisələr xüsusilə Yaxın Şərqdən gələn turist axınını azalda bilər. Ekspertlərin fikrincə, qeyd edilən təhlükə Azərbaycan üçün də mümkündür.

İsrail–İran münaqişəsi Azərbaycan turizminə necə təsir göstərə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, regiondakı gərginliklər turist səfərlərinə və səyahət qərarlarına mənfi təsir göstərir:

“Adətən ya səfərlər təxirə salınır, ya da daha təhlükəsiz bölgələrə üstünlük verilir. Son dövrlərdə həm İran, həm də İsraildən Azərbaycana turist axını müşahidə olunurdu. 2024-cü ilin statistik göstəricilərinə əsasən, İrandan 210 min, İsraildən isə 29 min nəfər ölkəmizə gəlib. Lakin hazırkı vəziyyətə görə hər iki istiqamətdə hava məkanı bağlanıb”.

Ekspert bildirib ki, İrandan gələn turist axınının artacağı gözlənilirdi:

“15 iyun tarixindən etibarən birbaşa uçuşların başlanması planlaşdırılırdı. Həmçinin Tehran və Təbrizdən həftə ərzində ümumilikdə 6-7 reysin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu da Azərbaycandakı turizm sektoruna müsbət təsir göstərəcəkdi. İndi isə şirkətlər alternativ bazarlara yönəlməlidir. Çin bu baxımdan aktual istiqamət ola bilər, amma tək bazarla kifayətlənmək risklidir”.

C.Aşurov qeyd edib ki, Türkiyədən ölkəmizə maraq artır:

“Onlarla birbaşa uçuşların olması və şəxsiyyət vəsiqəsi ilə səfər imkanı bu ölkəni Azərbaycan üçün mühüm bazara çevirir. Bu potensialdan istifadə edilməlidir”.

Seçilən
9
8
konkret.az

10Mənbələr