İsrail İranın uranın zənginləşdirilməsi prosesində istifadə edilən sentrifuqaların istehsalı ilə məşğul olan sənaye obyektlərinə hücum təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Hücumda İsrail Hərbi Hava Qüvvələlərinin 50 qırıcı təyyarəsinin iştirak etdiyi bildirilib.