AZ

Tramp İrana: “24 saat vaxtınız var, şərtsiz təslim olun, yoxsa…”

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı bəlkə də ən sərt və açıq hədəsini səsləndirib. Reuters agentliyinin yaydığı məlumata əsasən, Tramp Tehrana raket və nüvə proqramlarından tamamilə imtina edərək “şərtsiz təslim” olmaq üçün 24 saatlıq son xəbərdarlıq edib.

ABŞ lideri bu çağırışı sosial şəbəkə üzərindən etdiyi qısa, lakin sərt bəyanatla açıqlayıb:
“İran 24 saat ərzində şərtsiz təslim olmalıdır. Raketlərdən və nüvə ambisiyalarından imtina etməlidir. Əks halda, nəticələri olduqca ağır olacaq!”

Tramp bəyanatında İranın ali lideri Ayətullah Əli Xameneini də hədəfə alaraq bildirib: “Onun harada olduğunu bilirik… Hələlik öldürmürük.”

ABŞ Prezidenti İsraili “İran təhdidinə qarşı haqlı mövqedə” olduğunu bildirərək, Tel-Əvivi tam dəstəklədiyini açıqlayıb. Məlumatlara görə, ABŞ İsrailin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə əlavə Patriot və THAAD hava hücumundan müdafiə sistemləri göndərib.


İran rəsmiləri isə Trampın çağırışını qətiyyətlə rədd ediblər. Tehran beynəlxalq hüquqa əsasən özünü müdafiə etdiyini və heç bir zaman təslim olmayacağını bəyan edib. Eyni zamanda, İranın nüvə agentliyi bəzi obyektlərin yerinin dəyişdirildiyini və proqramın daha da dərinləşdiriləcəyini açıqlayıb.

Analitiklər Trampın 24 saatlıq ultimatumunu “təkcə İran üçün deyil, dünya üçün həlledici saatlar” adlandırırlar. Bu zaman çərçivəsində danışıqlar başlanmasa və ya Tehran təslim olmaya yanaşmasa, ABŞ-ın “məhdud, lakin sarsıdıcı” hava zərbələri ehtimal edilir.

Hadisələrin bu şəkildə inkişafı Yaxın Şərqdə və daha geniş coğrafiyada, o cümlədən enerji bazarlarında böyük silkələnmələrə səbəb ola bilər.

Musavat.com

Seçilən
13
3
musavat.com

10Mənbələr