AZ

"Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşir - PÜŞKATMA

"Sabah"ın ardından bu gün avrokuboklardakı digər təmsilçilərimiz - "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan" da ilk rəqiblərini tanıyacaq.

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Əvvəlcə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşəcək. Belə ki, Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Mübarizəyə birbaşa bu mərhələdən başlayacaq ölkə çempionu "Qarabağ" daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq. Mümkün rəqiblər səpələnməmişlər səbətindəki komandaların və ya I təsnifat mərhələsinin cütlərinin qalibləri arasından seçiləcək.

Saat 15:00-da Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Bu mərhələdə Azərbaycanı təmsil edən "Sabah"ın Sloveniya "Sele"sini keçəcəyi təqdirdə, növbəti rəqibi bilinəcək. Potensial rəqiblər sırasında Çempionlar Liqasının I təsnifat mərhələsindəki görüşlərdən məğlub ayrılacaq komandalar da olacaq.

Nəhayət, saat 16:00-da Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması nəzərdə tutulub. Azərbaycan təmsilçiləri "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə məhz bu mərhələdən başlayacaqlar. Hər iki komanda daha aşağı reytinqlilərin olduğu səpələnməmişlər səbətində yer alacaq. 

Seçilən
9
fanat.az

1Mənbələr