AZ

Mauritsio Sarri: “Pulların çağırışını yox, qəlbimin səsini dinlədim”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Səudiyyə Ərəbistanından sərfəli təklif aldığını və bundan imtina etdiyini etiraf edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, 66 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mənim, Səudiyyə Ərəbistanı klubu ilə danışıqlarım olub, orada bir ay ərzində, “Latsio”dakı bir illik qazancımı ala bilərdim. Mən həmişə demişəm ki, ürəyimin səsini dinləyəcəyəm, pulları yox. Mənə, onların nə qədər təklif etdikləri maraqlı deyil. Mən futbolda həmişə şövq xatirinə olmuşam, elə, indi də bunu pullar xatirinə etmək istəmirəm.

Bu, sadəcə məndə heç bir duyğusal qarşılıq yaratmır, məni narahat etmir. Mənə, orada müvafiq şərtlər altında işləmək çətin olardı. Əgər çempionlar ora getsələr, demək, mənə burada daha zəifləri çalışdırmaq gərək olacaq”, deyə Sarri vurğulayıb.

Xatırladaq ki, Mauritsio Sarri 2024-cü ilin mart ayının 13-də 2021-ci ilin iyun ayından çalışdırdığı “Latsio”nun sükanı arxasından istefa vermişdi. 66 yaşlı mütəxəssisin “qartallar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. İtalyan mütəxəssisin bu qərarında pərdəarxası məqamların olduğu bildirilirdi.

Sarrinin “Latsio”nun sükanı arxasındakı fəaliyyətinin ümumi mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. 66 yaşlı mütəxəssisin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Seçilən
11
arena.az

1Mənbələr