AZ

Avstriyalı UFC döyüşçüsü: "Bakıdakı turnirin bir parçası olduğum üçün qürur duyuram"

UFC döyüşçüsü Boqdan Qrad Bakıdakı tarixi turnirin bir parçası olduğu üçün qürur duyur.

"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək avstriyalı MMA döyüşçüsü Boqdan Qrad mətbuat konfransında deyib.

29 yaşlı idmançı üç raund üçün hazır olduğunu bildirib: "Düşünürəm ki, İşin öhdəsindən gələ biləcəyəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Boqdan Qrad Tacikistan təmsilçisi Məhəmməd Mayimovla üz-üzə gələcək.

Seçilən
9
3
report.az

4Mənbələr