AZ

28 May stansiyasında BƏDBƏXT HADİSƏ Tələbə qatar yoluna düşdü

Milli.az saytına istinadən ain.az xəbər verir.

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin  stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı sayta açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
27
news.milli.az

10Mənbələr